04 mart 2021 16:07
1106

Koronavirusun "Britaniya"ştammı artıq Ukraynada

Epidemiologiya və Yoluxucu Xəstəliklər İnstitutunun yaydığı məlumatlara görə, Ukraynanın qərbində yerləşən  İvano-Frankovsk şəhərində   koronavirusun "Britaniya" ştammına yoluxma hadisələri qeydə alınıb.

Alimlərin sözlərinə görə ,"Britaniya" ştammına yoluxan iki xəstə   həkimlərin nəzarəti altındadır. Ukraynalı həkimlərin fikrincə, COVID-19 əleyhinə vurulan peyvəndlər "Britaniya" ştammına yoluxmanın qarşısını ala biləcək.

Virusoloq Anna Mironenko qeyd edib ki, vuralan peyvəndlər insanları əsasən koronavirusun "Britaniya" ştammından qoruyacaq. Başqa ştammlara  yoluxan insanlarda isə  xəstəlik daha yüngül formada keçəcək və ən əsası ölüm faktlarında azalma müşahidə olunacaq.

Samirə Tağıyeva, "İki sahil"