04 mart 2021 16:14
996

İmran Xan Azərbaycanı Qələbə münasibətilə təbrik etdi

Pakistanın Baş naziri İmran Xan Azərbaycanı torpaqlarının erməni işğalından azad olunması münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında bildirib.

“Mən xüsusilə Azərbaycanın işğal olunmuş ərazilərinin uğurla azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edirəm!”, - deyə Baş nazir vurğulayıb.