04 mart 2021 16:33
1019

Paşinyan Marukyanla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan "İşıqlı Ermənistan" parlament fraksiyasının başçısı Edmon Marukyanla görüşüb.

“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Ermənistandakı vəziyyət və növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair məsələlər müzakirə olunub.

Görüş zamanı Paşinyan deyib ki, müzakirə aparılmasına səbəb Marukyanın memorandum imzalamaq təklifidir. Qeyd edək ki, bir müddət əvvəl Marukyan bildirmişdi ki, Nikol Paşinyana Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi haqqında təqdimatını geri çəkməyi, bunun qarşılığında isə “İşıqlı Ermənistan” Partiyasının baş nazir postuna öz namizədini irəli sürməyəcəyi ilə bağlı hakimiyyətlə memorandum imzalamağı təklif etmişdi. Bundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verilə bilər. Ancaq Paşinyan martın 1-də bildirib ki, nöbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələni müzakirə etməyə hazırdır: “Ancaq Baş Qərargahın rəisi tutduğu vəzifədən getməlidir”.