Ermənistanın baş naziri Nikol Paşinyan müxalif Çiçəklənən Ermənistan Partiyasının sədri Qagiq Sarukyanı görüşə dəvət edib.
“İki sahil” xəbər verir ki, bunu hakim “Mənim addımım” parlament fraksiyasının sədri Lilit Makunts martın 4-də jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, görüş üçün dəvət artıq göndərilib: “Görüşün və danışıqların olacağını gözləmək lazımdır. Hələ ki, Sarukyanla görüşün olub-olmayacağı aydın deyil”. Çiçəklənən Ermənistan Partiyası və parlamentdəki “Sarukyan” fraksiyasının sədri, milyonçu deputat Qagik Sarukyan baş nazir Nikol Paşinyanın istefasını ilk dəfə tələb edənlərdəndir.