04 mart 2021 19:03
745

Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub

Martın 4-də Sakit okeanda, Yeni Zelandiyanın şimal-şərq sahillərində 7,3 bal gücündə zəlzələ baş verib.

"İki sahil" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Qisborn şəhərindən 238 kilometr şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı elan edilməyib.