04 mart 2021 19:17
1084

Əfv Komissiyası 100-dən artıq müraciətə baxıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün keçirilən iclası başa çatıb.

"İki sahil" xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq yeni müraciətə baxılıb.

Qeyd edək ki, indiyədək komissiyanın 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.