04 mart 2021 19:30
804

"WhatsApp"da yeni funksiya

"WhatsApp" messencerinin kompüter versiyasında yeni funksiyalar peyda olub.

"İki sahil" xəbər verir ki, messencerin həmin versiyasında səsli mesaj və videozəng funksiyaları işə salınıb.

Qeyd olunur ki, bu funksiyalar "Windows" və "Mac" platformlarında mümkündür.

Bu günədək səsli mesaj və videozəng funksiyaları yalnız mobil telefonlarda mümkün idi.