04 mart 2021 19:34
1243

Türkiyədə hərbi helikopter qəzası: 9 şəhid, 4 yaralı

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər ölüb, 4 nəfər xəsarət alıb.