04 mart 2021 19:59
992

ABŞ-da son sutkada 64 mindən çox yoluxma olub

ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 64 682 yoluxma halı qeydə alınıb.

"İki sahil" xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində koronavirusdan 2 360 ölüm halı baş verib.

ABŞ-da indiyədək 28 760 954 nəfər koronavirusa yoluxub, COVID-19 diaqnozu qoyulmuş 518 453 xəstə ölüb.