04 mart 2021 21:03
982

Digər partiyalar ən uğurlu islahatların YAP-da həyata keçirildiyini anlayırlar

"Yeni Azərbaycan Partiyası (YAP) dünənin, bu günün və gələcəyin partiyasıdır. Bunu hər kəs bilir və zaman keçdikcə anlayırlar ki, YAP inkişaf edən partiyadır. YAP-da olan dəyişikliklər, parlament seçkiləri gənclər siyasətini ən uğurlu addımlarla irəli aparır. Bunu görən digər partiyalar artıq hesab edir ki, ən uğurlu islahatlar YAP-da gedir. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva Azərbaycan üçün yeniliklər gətirir"."
Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fuad Heydər deyib.
F.Heydər vurğulayıb ki, YAP-a biləşmək istəyən digər partiyaların siyasəti YAP-la üst-üstə düşür və onlar bütün fikirləri mərkəzləşdirmək, yeniliklər gətirmək, ölkə başçısının yanında olduqlarını ifadə etmək üçün YAP-a birləşmək istəyirlər: "Bu isə bir amillə bağlıdır. "Biz Birlikdə Güclüyük!". 

Nigar Orucova, "İki sahil"