6 mart 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefonla danışıb.
XİN Mətbuat xidməti idarəsindən “İki sahil”ə verilən məlumata görə, nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən ikitərəfli münasibətlərim inkişafı üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış əməkdaşlıq imkanları və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.