Ötən gün ölkəmizdə aparılan 9 min 436 test nəticəsində məlum olub ki, 353 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 2 milyon 36 min 365-ə yüksəlib.
“İki sahil” Nazirlər Kabineti yanında Operativ Qərargahına istinadən xəbər verir ki, son sutka ərzində 3 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 3 min 238 nəfər təşkil edib.
Daha 149 nəfərin COVID-19 virusundan sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 2 milyon 29 min 591-ə yüksəldib.
Qeyd edək ki, indiyə qədər ölkəmizdə 2 milyon 645 min 206 tast götürülüb.