07 mart 2021 18:18
1097

Mili həmrəylik dövlət siyasətinin strateji prioritetidir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyev cənablarının rəhbərliyi ilə  ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa  xidmət  edən  siyasi  islahatlar  nəticəsidə  Azərbaycanda  milli  maraqların  üstünlük  təşkil etdiyi  dövr  yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyv cənablarının “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə  də  öz  əksini tapır. Yeni  Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası  və  Azərbaycan  Demokrat  Sahibkarlar  Partiyası.  Bu fakt Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvvələrin inteqrasiya nümunəsidir. Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində qeyd etmişdir ki, “Bizim dost partiyaların bu gün bizə qoşulması çox önəmli, əlamətdar hadisədir. Bu da siyasətimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda , göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi naliyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın  Yeni  Azərbaycan  Partiyası  ilə  birləşməsi  partiyamızı  gücləndirəcək. Bu partiyaların üzvlərini biz qəbul etdik, onlara bizim ailəyə “Xoş gəlmisiniz” deyirik”.

Cənab Prezident İlham Əliyevin  təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, Vətən müharibəsində Möhtəşəm Qələbənin əldə olunmasında  mühüm  rol oynamış və qazanılmış bu Qələbə ölkədə milli birliyi daha da gücləndirmişdir. Azərbaycanda yaşayan bütün xalqların nümayyəndələri özlərini çox rahat hiss edirlər,öz ailəsində, öz doğma torpaqlarında hiss edirlər. Xalqlar arasına dostluq, mehriban münasibətlər  Azərbaycan xalqının böyük sərvətidir. Biz bunu daima qorumalıyıq. Bu siyasət xalqımız tərəfindən  qəbul edilir və daim dəstəklənir.  İkinci  Qarabağ  müharibəsində  Azərbaycanda  yaşayan bütün xalqların nümayyəndələri bir yerdə fədəkarlıq, qəhrəmanlıq göstərmişlər, vətən uğrunda şəhid olmuşlar, Azərbaycan bayrağı altında  döyüşmüş, qəhrəmanlq  nümunələri göstərərək, doğma torpaqlarımızı işğaldan azad edərək ərazi  bütvlüyümüzi  bərpa etmişlər.

Rauf Əliyev

Mili Məclisin deputatı