07 mart 2021 18:29
1278

Buraxılış imtahandan 2 şagird xaric edilib

Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanında 2 şagird imtahandan xaric edilib.

“İki sahil” xəbər verir ki, bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

İlkin məlumatlara əsasən 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Qeyd edək ki,  DİM bu gün  respublikanın 24 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib.