08 mart 2021 08:55
914

Derbi heç-heçə nəticələnib

İspaniya La Liqasında Madrid derbisi keçirilib.

"İki sahil" xəbər verir ki, "Atletiko" evdə "Real"ı qəbul edib. Görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. Matçda hesabı 15-ci dəqiqədə Luis Suares ("Atletiko") açıb. "Real"ın hücumçusu Kərim Benzema isə 88-ci dəqiqədə bərabərlik qolunu vurub. Beləliklə, "Atletiko" oyunun sonlarında qələbəni əldən verib.

Qeyd edək ki, "Atletiko" turnir cədvəlində 59 xalla liderdir. "Real" isə 54 xalla 3-cüdür.