08 mart 2021 01:55
1014

Araz 2 qolun ötürməsini verdi, komandası qalib gəldi

Türkiyə 1-ci Liqasında 25-ci turun oyunları keçirilib.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, Araz Abdullayevin də çıxış etdiyi "Boluspor" evdə "Bursaspor"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Araz meydana 37-ci dəqiqədə çıxıb və "Boluspor"un hər iki qolunun ötürməsini verib.

Qeyd edək ki, "Boluspor" turnir cədvəlində 29 xalla 12-ci, "Bursaspor" isə 34 xalla 9-cudur.