08 mart 2021 02:58
614

16-cı duel

Gələn həftə Azərbaycan Premyer Liqasında XIX turun oyunları keçiriləcək. “Qəbələ” turun ikinci günündə meydana çıxacaq. “Qırmızı-qaralar” öz meydanında “Səbail”lə görüşəcək. "İki sahil" "qırmızı-qaralar"ın saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionundakı qarşılaşma iki komanda arasında 16-cı matç olacaq. 

Əvvəlki 15 oyunda 8 qələbəsi olan “Qəbələ” 4 görüşdən sülhlə ayrılıb. Yalnız üç dəfə uduzan komandamız top fərqində də üstündür - 28:16.  “Səbail”lə matçlarda Baqali Dabo hamıdan çox - 6 qola imza atıb.

“Qəbələ” paytaxt təmsilçisi ilə 13 dəfə çempionat, 2 dəfə kubok duelinə çıxıb. Premyer Liqada 6 qələbə qazanan futbolçularımız 4 dəfə bir xalla kifayətlənibsə, bakılılar 3 matçda qalib gəlib. 23 qol vuran “qırmızı-qaralar” 14 top buraxıb.

“Qəbələ” öz meydanındakı 7 görüşdə uduzmayıb. 5 qələbəsi olan komandamız 2 dəfə heç-heçə edib. Meydan sahiblərinin 14 qol vurduğu görüşlərdə qonaqlar 4 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib.

Xatırladaq ki, martın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 15:00-da başlayacaq.

 

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75

24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1

Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68

15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55

 

2018/19 mövsümü

 12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82

09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0

10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1 

Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84

27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1 

Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41

 

2019/20 mövsümü

21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1

Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17

09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0

Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2

16.02.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:1

Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16

 

2020/21 mövsümü

24.10.2020. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1

Yurqen Qoxa, 4 // Hendrik Ekşteyn, 26

24.12.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Turan Manafov, 52 // Ülvi İsgəndərov, 20; Asif Məmmədov, 28; Ceyms Adeniyi, 90+3