08 mart 2021 11:36
769

ATV-nin keçmiş prezidentinə vəzifə verildi

Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının sabiq prezidenti Vüqar Qaradağlıya Bakı Dövlət Universitetində (BDU) vəzifə verilib.

“İki sahil” xəbər verir ki, V.Qaradağlı BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiridir.

O, bu vəzifədə mərhum akademik Vasim Məmmədəliyevi əvəz edib. (Pravda.az)