08 mart 2021 12:10
905

Ermənistanda koronavirusdan ölənlərin sayı 3225 nəfərə çatıb

Ermənistanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 175 016 nəfərə çatıb.

“İki sahil” erməni mediasına istinadla xəbər verir ki, ötən sutka ərzində daha 337 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb. Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3225 nəfərə çatıb.