08 mart 2021 13:06
888

Ceyhun Bayramov xanımları təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib.

“İki sahil” xəbər verir ki, nazir bu barədə “tvitter” səhifəsində yazıb:

“Bu əlamətdar gündə bütün qadınları təbrik edir, ilk növbədə, torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən bütün igidlərimizin analarına və həyat yoldaşlarına təşəkkür edir, onlara can sağlığı diləyirik”.