08 mart 2021 13:19
879

Biləsuvarda axtarılırdı, Bakıda saxlanıldı

Axtarışda olan Biləsuvar rayon sakini Bakıda saxlanılıb.

“İki sahil” xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsinə əsasən barəsində axtarış elan edilmiş Biləsuvar rayon sakini R.Əzizov Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.