08 mart 2021 23:23
954

Şəkidə tövlə və taya yandı

Şəki şəhərinin Baş Şabalıd kəndində ümumi sahəsi 55 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 2,2 ton ot bağlamasının 0,5 tonu yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.