09 mart 2021 01:33
856

Rasim Öztekin dünyasını dəyişdi

Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztekin müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Tvitter” hesabında yazıb: "Sinə və Ürək Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanamızda edilən bütün müdaxilələrə baxmayaraq serial, teatr və kino aktyoru Rasim Öztekin ürək xəstəliyindən dünyasını dəyişib. Televizor olan hər evin üzvü idi. Başımız sağ olsun”.