Azərbaycan və Belarus Prezidentlərinin Birgə Bəyannaməsi təsdiq edildi

29 fevral 2016 18:05
1940

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Sənəddə qeyd olunur:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış Birgə Bəyannaməsi təsdiq edilsin.