08 aprel 2021 01:15
440

Nazir Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər orqanlarında yeni təyinat olub.

"İki sahil"in məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis baş leytenantı Xəlilov Emin Rəfail oğlu Şabran rayon Polis Şöbəsi DYPB-nin İnzibati Təcrübə üzrə Baş İnspektoru təyin edilib. 

O, bu təyinata qədər Səbail Rayon Polis İdarəsində çalışıb.