08 aprel 2021 08:33
505

İsrail hərbçiləri suriyalı əsgərlərə aviazərbələr endirib

İsrail Hərbi-Hava Qüvvələri tərəfindən Dəməşq yaxınlığında həyata keçirilmiş raket zərbələri nəticəsində azı dörd suriyalı əsgər yaralanıb.

"İki sahil" xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Məlumata görə, aviazərbələr nəticəsində bir sıra obyektlərə ziyan dəyib. Yaralananların vəziyyəti barədə məlumat verilmir.