12 aprel 2021 10:37
833

Superliqada çempionluğu rəsmiləşdirdilər

“Olimpiakos” Yunanıstan Superliqasının 2020/21 mövsümündə sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirib.

"İki sahil" xəbər verir ki, komanda buna 29-cu turda “Panatinaykos”a 3:1 hesabı ilə qalib gəlməklə nail olub. Beləlikə, “Olimpiakos” xallarının sayını 76-ya çatdırıb və ən yaxın izləyicisi “Aris”i 22 xal qabaqlayıb.

Qeyd edək ki, bu, “Olimpiakos”un Superliqada 46-cı çempionluğudur.