12 aprel 2021 11:18
812

APL-da 5 mövsümün rekordu təkrarlandı

Azərbaycan Premyer Liqasının XXII turunda son 5 mövsümün rekordu təkrarlanıb.

“İki sahil” PFL-yə istinadənxəbər verir ki, Azərbaycan Premyer Liqasının XXII turunun 4 oyunundan üçündə heç-heçə qeydə alınıb. Yalnız “Qarabağ”la “Sumqayıt” arasındakı matçda qalib müəyyənləşib. “Zirə” – “Keşlə” və “Səbail” – “Sabah” oyunlarında hesab açılmayıbsa, “Qəbələ” – “Neftçi” görüşündə 4 qol vurulub – 2:2.

Dörd matçda üç heç-heçənin qeydə alınması 8 komandanın mübarizə apardığı son 5 mövsümün rekordunun təkrarıdır.

Bu müddətdə 9-cu dəfə belə hadisə yaşanır. Cari mövsümdə isə ikinci dəfə 3 heç-heçəyə təsadüf olunub.

İlk belə hal XI turda gerçəkləşmişdi.