12 aprel 2021 13:01
832

Naxçıvan nümayəndəliyinin rəhbəri Fransa səfiri ilə görüşüb - FOTO

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb.

“İki sahil” NUHÇIXAN İnformasiya Agentliyinə istinadla xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə, arxeologiya, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil,mədəniyyət sahələrində əlaqələr, rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.