12 aprel 2021 14:53
618

Türkiyə millisində şok itki -  Bakıda oynaya bilməyəcək

“Beşiktaş”ın ötən gün Superliqanın 34-cü turunda "Erzurumspor"la səfər matçında (4:2) ağır zədə alan futbolçusu Cenk Tosunun durumuna aydınlıq gəlib.

"İki sahil" xəbər verir ki, 29 yaşlı hücumçu tibbi müayinədən keçib və onun diz qapağının yerindən çıxdığı məlum olub. Buna görə də futbolçu əməliyyat olunacaq. Türkiyə millisinin üzvü 6 ay yaşıl meydanlardan kənarda qalacaq. O, yığma komanda ilə bu yay keçiriləcək Avro-2020-də iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Beşiktaş” C.Tosunu yanvar ayında “Everton”dan icarəyə götürüb. Futbolçu bu müddət ərzində 4 matçda 3 qol vurub və 1 qolun ötürməsini verib.

Xatırladaq ki, Türkiyə millisi Avro-2020-də qrupun 2 oyununu Bakıda keçirəcək.