12 aprel 2021 16:23
826

Yanvar-mart aylarında qeyri-neft ixracında rekord göstərici qeydə alınıb

2021-ci ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artaraq 501,6 milyon ABŞ dolları təşkil edib.

"İki sahil" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.

Nazir deyib ki, bu, Azərbaycan iqtisadiyyatının pandemiya dövründə də dayanıqlığının göstəricisidir.

"2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon dolları ötüb",-deyə M. Cabbarov vurğulayıb.