PSJ-nin kapitanı Markinyos Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə cavab görüşünü buraxacaq.
"İki sahil" "Le Parisien"ə istinadən xəbər verir ki, Münhendə keçirilən ilk oyunda zədələnən 26 yaşlı müdafiəçi komandanın bugünkü məşqində iştirak etməyib.
Markinyosun aprelin 14-də keçiriləcək qarşılaşmada oynamayacağı dəqiqləşib. Onun yerində cəzalı olduğu üçün ilk görüşü buraxan Leanardo Paradesin oynayacağı gözlənilir.
Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.