12 aprel 2021 17:35
781

Karantin rejimi yumşaldılıb

İngiltərədə bu gündən etibarən karantin rejimi yumşaldılıb.

“İki sahil” xəbər verir ki, bu gündən etibarən gündəlik tələbat olmayan məhsulların satıldığı mağazalar, gözəllik salonları və idman zalları fəaliyyətlərini bərpa edib.

Eyni zamanda, kafe və restoranlar açıq havada xidmətə başlayıb.

Britaniyanın Baş naziri Boris Conson qaydaların yüngülləşdirilməsinə baxmayaraq, insanları məsuliyyətli davranmağa çağırıb.

Qeyd edək ki, İngiltərədə mayın 17-də qapalı məkanlarda restoranların fəaliyyətinə icazə veriləcək.