12 aprel 2021 18:48
964

Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək

Finlandiyanın UPM ağac emalı müəssisəsi aerokosmik şirkətlərlə birgə kosmosa ağacdan ilk peyk buraxmağa hazır olduğunu bildirib.

"İki sahil" xəbər verir ki, şirkət peyki bu ilin sonunadək buraxmağı planlaşdırır.

Qeyd olunur ki, "WISA Woodsat" nanopeyki kosmik şəraitdə taxtanın davamlılığı və dayanıqlığı barədə məlumatları müşahidə edəcək.

Peyk "Arctic Astronautics" şirkəti tərəfindən hazırlanıb.