13 aprel 2021 00:26
375

11-ci sinif şagirdini avtomobil vurub

Şəkidə velosipedçini avtomobil vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Əsəbəli Tütünçüyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, velosipedlə yolu keçmək istəyən Böyük Dəhnə kənd sakini, 11-ci sinif şagirdi Məhəmməd Namazovu vurub. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.