12 aprel 2021 20:09
849

BMT Ermənistanın törətdiyi hərbi cinayətləri diqqətə almalıdır

“Bura ruhlar məkanıdır, ermənilər burada hər şeyi tamamilə məhv ediblər”.

"İki sahil" xəbər verir ki, bunu “Report”a Ağdama səfər edən İslamabad Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Əkrəm deyib.

“Hər şey – Ağdam məscidi, muzey məhv edilib. Beynəlxalq ictimaiyyət bunu görməlidir. BMT Ermənistanın son 27 ildə törətdiyi hərbi cinayətləri diqqətə almalıdır”, - o bildirib.

Ekspert həmçinin minalanmış ərazilərin xəritəsini Azərbaycana vermədiyinə görə Ermənistan tərəfini qınayıb: “Məhz buna görə bura çox təhlükəlidir. Beynəlxalq ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırıram”.