13 aprel 2021 00:37
866

Almaniyada koronavirusa yoluxanların sayı neçə milyondur?

Almaniyada ötən sutka ərzində COVID-19 infeksiyasına 16 min 738 yoluxma halı qeydə alınıb və bununla da ölkədə koronavirusa yoluxan insanların sayı 3 milyon 9 min nəfəri ötüb.

"İki sahil" bildirir ki, həmçinin son sutka ərzində koronavirusdan 106 nəfər ölüb və həyatını itirənlərin sayı ümumilikdə 78 min 964 nəfərə çatıb. Beləliklə, Almaniyada hər 100 min nəfərdən 136,4-də COVID-19 infeksiyası aşkarlanıb. Hazırda Almaniyada karantin tədbirləri qüvvədədir, lakin məktəb və uşaq bağçaları, gözəllik və kosmetika salonları, gül və kitab mağazaları fəaliyyətini davam etdirir. Testsiz yalnız supermarketlərə getmək olar. Məhdudiyyətlər hələlik aprelin 18-dək nəzərdə tutulur və onların sərtləşdiriləcəyi istisna olunmur.

Qeyd edək ki, Almaniyada koronavirusa gündəlik yoluxma halları yanvar və fevral aylarında azalsa da, mart ayından etibarən yenidən artmağa başlayıb. Mütəxəssislər bunu koronavirusun daha yoluxucu ştammı ilə əlaqələndirirlər.