12 aprel 2021 21:56
866

“Nizami Gəncəvi ili” ilə əlaqədar tamaşa-kompozisiya

Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının növbəti virtual tamaşa-kompozisiyası  “Nizami Gəncəvi ili” ilə bağli idi. Tamaşa-kompozisiya  teatrın sənət kollektivi və rayonun Dəmirçi  kənd tam orta məktəbinin bir qrup istedadlı  şagirdləri tərəfindən hazırlanıb, onlayın platforma vasitəsilə  auditoriyaya gətirilmişdi. Dahi  Azərbaycan şairi və  böyük mütəfəkkir Nizami Gəncəvinin “Leyli Məcnun” poemasının motivləri  əsasında təşkil edilmiş kompozisiyada    saf, ülvi hisslər, dövrün əxlaq normaları, valideyn-övlad münasibətləri məktəblilərin ifasında bədii-yaradıcı üsullarla təsvir olunurdu.

Xalq teatrında "Nizami Gəncəvi İli" çərçivəsində belə maraqlı silsilə səhnə tədbirlərin vaxtaşırı təşkili nəzərdə tutulubdur.  Kollektiv  lap yaxın günlərdə isə yeni kompozisiyanı tamaşaçıların ixtiyarına verməyə  hazırlaşır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü