14 aprel 2021 12:48
766

Yunanıstan Azərbaycan qazının hesabına LNG idxalını kəskin azaldıb

Cənub Qaz Dəhlizi çərçivəsində boru kəməri vasitəsilə Azərbaycan qazının nəqlinin başlanılması və mayeləşdirilmiş təbii qaza (LNG) olan yüksək qiymətlər nəticəsində Yunanıstan cari ilin birinci rübündə LNG-nin idxalını 2,7 dəfə azaldıb.

"S&P Global Platts Analytics"in məlumata görə, cari ilin birinci rübündə Yunanıstan 0,36 milyard kubmetr təbii qaz ekvivalentində LNG idxal edib. Ötən ilin müvafiq dövründə bu göstərici 0,97 milyard kubmetr olub.

Qeyd olunur ki, LNG qiymətlərinin yüksək olması Rusiya və Azərbaycandan boru kəmərləri ilə tədarükü və Türkiyədən qazın təkrar reeksportunu rəqabətə davamlı edir.

Xatırladaq ki, ötən ilin dekabrın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatık Qaz kəməri (TAP) vasitəsi ilə Avropaya qazın ixracına başlayıb (apa).