14 aprel 2021 13:48
500

Xətai rayonunda küçələr abadlaşdırılır - FOTO

Artıq bir müddətdir ki, Xətai rayonu ərazisində mərhələli şəkildə küçələrin abadlaşdırılması prosesi gedir.

Bu barədə "İki sahil"ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə, bir neçə küçədə işlər yekunlaşıb: “Xətai rayonu üzrə abadlıq işləri artıq bir müddətdir ki, davam edir. Burada əsasən işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə aparılır. Rayon daxilində olan yollar yenilənən zaman onun ətrafı da paralel olaraq abadlaşdırılır. Eyni zamanda rayon icra hakimiyyəti tərəfindən əlaqədar təşkilatlarla birgə köhnə kommunikasiya xətləri yenilənir. Eləcə də, yol kənarında yaşıl zolaqlar salınır, obyektlərin fasadları yenilənir, qanunsuz çəpərlər sökülür”.

P.İmanov qeyd edib ki, hazırda 4 küçədə abadlıq işləri davam etdirilir: “Müxətlif zamanlar ərazində İnqilab İsmayılov, Məzahir Rüstəmov, Sarayevo, Səməd bəy Mehmandarov, Məhəmməd Hadi küçələrində və Gəncə prospektində abadlıq-quruculuq işləri aparılıb və yekunlaşıb. Hazırda isə Qaçaq Nəbi, Şirvani, Nəsrəddin Tusi və Xudu Məmmədov küçələrində işlər davam edir”.