14 aprel 2021 13:59
673

Paşinyan: Ter-Petrosyan mənə Qarabağda torpaqları qaytarmağı təklif etmişdi

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ildə Baş nazir Nikol Paşinyana Qarabağda torpaqları geri qaytarmağı təklif edib.

“İki sahil” "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Birinci prezidentin 2018-ci ilin iyulunda mənimlə görüşündə dedikləri sirri açacağam. Sitat gətrirəm: "Torpaqlar artıq verməlisən". Nəyin qarşılığında? Niyə? Necə? Hər halda eks-prezidentin həmin gün formalaşmış təsəvvürü bu çərçivədən kənara çıxmırdı, qalan digər şeylər qiymətləndirmə mövzusudur", - deyə Paşinyan qeyd edib.