14 aprel 2021 14:40
784

Putinə peyvəndin ikinci dozası vuruldu

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı peyvəndin ikinci dozasını alıb.

"İki sahil" xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

“Sizə bildirmək istəyirəm ki, bu zala daxil olmazdan əvvəl ikinci peyvəndi qəbul etdim. Ümidvaram ki, hər şey yaxşı olacaq. Hətta ümid etmirəm, buna əminəm”, - Putin Rusiya Coğrafiya Cəmiyyətinin Himayəçilik Şurasının iclasında deyib.

Əlavə edib ki, peyvəndlənmə sayəsində pandemiyanın tezliklə başa çatacağına inanır.