14 aprel 2021 14:43
481

Qubada yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı

Quba rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin - rayon sakinləri Mətləb Kazımovun və Qənbər Məmmədovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və onlar təcili tibbi yardım avtomobillərinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktlarla əlaqədar Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.