15 aprel 2021 00:48
916

Vətəndaşlarımızı prosesdə fəal iştirak etməyə səsləyirəm - İkinci doza vaksin olunan nazir müavini

“Vaksinləşmə prosesi nə qədər sürətlə getsə, bir o qədər də yoluxma sayı azalar”. 

"İki sahil" xəbər verir ki, bu sözləri koronavirusa qarşı peyvənd olunan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.

O bildirib ki, hal-hazırda bir çox ölkələr vaksin təchizatında problemlərlə üzləşir. “Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində tələb olunan sayda vaksin dozalarının ölkəmizə gətirilməsi təmin olunur. Mən bu gün ikinci doza vaksini də vurdurdum. Vətəndaşlarımızı vaksinləşmə prosesində fəal iştirak etməyə dəvət edirəm” – deyə, nazir müavini qeyd edib.