15 aprel 2021 03:14
675

21 yaşlı xanım sürücü polislər tərəfindən yaxalandı - FOTO

Xanım sürücü Masazır qəsəbəsində piyadanı vuraraq ərazidən uzaqlaşıb.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsindən "İki sahil"ə verilən məlumata görə, hadisə Əliağa Vahid küçəsində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Həsənov Yadigar Sədi oğlunu avtomobil vurub. Qəzanı törədən sürücü hadisə yerindən yayınıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Abşeron Rayon Dövlət Yol Polis Şöbəsnin baş inspektoru Əli Cavadov şübhəli avtomobilin izinə düşüb. Belə ki, hadisəni törədən 2000-ci il təvəllüdlü Musayeva Rəna Paşa qızı idarə etdiyi 90-US-317 dövlət nişanlı “Saipa” markalı nəqliyyat vasitəsi ilə saxlanılıb.

Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisəni törədən R.Musayevanı Abşeron Rayon Polis İdarəsinə təhvil veriblər.