15 aprel 2021 08:52
470

Yanğın 4 uşağın həyatına son qoydu

Rusiyanın Sverdlovsk əyalətinin Bızovo kəndində həyət evində yanğın baş verib.

"İki sahil" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bilirilib ki, xilasedicilər yanmış evin dağıntıları altında hadisə zamanı həlak olmuş 4 uşağın meyitini aşkarlayıblar.

Qeyd edilir ki, qonşular daha bir uşağın evin dağıntıları altında qala biləcəyini deyiblər.

Hadisənin başvermə səbəbi açıqlanmır.