15 aprel 2021 09:55
793

Sarkisyanın yaxın adamı koronavirusdan öldü

Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qraçya Arutyunyan koronavirusdan ölüb.

"İki sahil" xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak.am” nəşri məlumat yayıb.

Qraçya Arutyunyan Serj Sarkisyanın prezidentliyi dövründə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində çalışıb və onun ən yaxın adamlarından biri olub.

O, ölkədəki hakimiyyət dəyişikliyindən sonra istefa verib.