Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Fransanın Ermənistandakı səfirinin sonuncunun Qarabağ müharibəsindəki məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırmasını şərh edib.
"İki sahil" xəbər verir ki, diplomat bu barədə özünün “Facebook” səhifəsində yazıb.
O, bildirib ki, hər şey müqayisə ilə anlaşılır. “Mən nəyə görə Fransa səfirinin Ermənistanın 44-cü gündə kapitulyasiyasını “ləyaqətli məğlubiyyət” adlandırmasını anladım. Çünki 1940-cı ildə Paris döyüşlərin artıq 25-ci günündə alınıb. Hər şey müqayisə ilə anlaşılır”, -deyə keçmiş XİN rəhbəri qeyd edib.