16 aprel 2021 09:58
972

Nurlan Novruzov Nepal klubu ilə müqavilə bağladı

Azərbaycanlı futbolçu Nurlan Novruzovun Nepalın "Maçxindira" klubuna keçidi rəsmiləşib.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun sözləşməsi 1 aylıq nəzərdə tutulub.

Xatırladaq ki, Novruzov Qol.az-a verdiyi açıqlamada mayın sonlarında Nepal çempionatında 1 aylıq fasilə yaranacağını və buna görə də uzunmüddətli müqavilə bağlamaq istəmədiyini bildirib.

Qeyd edək ki, 7 komandalı Nepal çempionatında yeni mövsüm aprelin 24-də başlayacaq.