16 aprel 2021 10:11
793

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 0,22% artaraq 1 barrelə görə 67,09 dollar təşkil edib.

"İki sahil" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barrelinin qiyməti 0,20% artaraq 63,59 dollar təşkil edib.